DİA.AZ: - Əsasən piştaxta-kassa toqquşması ilə diqqətə gələn və barəsində az qala hər ay yüzlərlə şikayətlər ictimailəşən "Araz" marketdə məhsulların yaralılıq tarixi ilə bağlı oyunbazlıqlar da ənənəvi hal alıb. DİA.AZ bildirir ki, "Araz" marketlər şəbəkəsinin başbilənləri o qədər irəli gediblər ki, məhsullarınıbn satışını Allahın verdiyi aylıq müddətə sığşdıra bilmirlər və bu problemi özünəməxsus şəkildə çözürlər.
DİA.AZ olaraq aşağıda təqdim etdiyimiz fotoda hər şey əks olunub. Əslində, bu fotonu şərhsiz də verə bilərdik. Amma artıq ənənə halını aldığından güman edirik ki, bəlkə yazdıqlarımız "Araz" market rəhbərliyinə təsir edə...
Şəkildən də görürüsünüz ki, iyul ayını 99 gündən hesablayıblar...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq....